Emmanuel Makron Entoni Blinkenlə görüşüb
Fransa prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Görüş Parisdəki prezident ofisində baş tutub
2189658
Fransa prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Görüş Parisdəki prezident ofisində baş tutub.
Tərəflər Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukraynaya dəstək məsələlərini müzakirə ediblər. Emmanuel Makron Fransanın Ukraynaya və xalqına uzunmüddətli dəstəyini vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına hazırlıqları da qiymətləndiriblər. Makron və Blinken ölkələri arasındakı sıx əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.