Rusiya Ukraynaya raket zərbələri endirib

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 55 raket və 21 pilotsuz uçuş aparatı ilə 6 şəhərə, eləcə də Kiyevə hücum etdiyini açıqlayıb.

2136816
Rusiya Ukraynaya raket zərbələri endirib

Rusiya gecə saatlarında başda Ukraynanın paytaxtı Kiyev olmaqla bir çox şəhərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 55 raket və 21 pilotsuz uçuş aparatı ilə 6 şəhərə, eləcə də Kiyevə hücum etdiyini açıqlayıb.

Bildirilib ki, raketlərdən 39-u, pilotsuz uçuş aparatlarından 20-si hava hücumundan müdafiə sistemləri ilə vurulub.

Ukrayna hücumlar nəticəsində  3 elektrik stansiyasının zərər gördüyünü açıqlayıb.

Rəsmi internet səhifəsində hücumlarla bağlı  açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski hücumları pisləyib.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.



Әlaqәli Xәbәrlәr