İsrail ordusu 14 fələstinlini də qətlə yetirdi

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində 14 fələstinli həyatını itirib.

2140892
İsrail ordusu 14 fələstinlini də qətlə yetirdi

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində 14 fələstinli həyatını itirib.

İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib.

Qəzzanın mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat qaçqın düşərgəsindəki Əl-Cauni məktəbinə edilən hava hücumu nəticəsində 4 fələstinli ölüb, bəziləri isə yaralanıb.

Gecə saatlarında isə 9 nəfərin cəsədi Xan Yunusdakı Avropa Xəstəxanasına aparılıb.

Cibaliya qaçqın düşərgəsinə edilən hücumda yaralananlar olub.

Ölkənin cənubundakı Rəfah şəhərindəki Əl-Avde qovşağı yaxınlığında törədilən hücumda bir nəfər ölüb, iki nəfər yaralanıb.

Digər tərəfdən, işğal altındakı İordan çayının qərb sahilindəki Tulkərim və Kalkilya şəhərlərində İsrail əsgərlərinin 1 fələstinlini şəhid etdiyi, öldürdüyü, biri uşaq olmaqla ikisini də yaraladığı bildirilib.

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda biri qadın olmaqla daha 4 jurnalist həyatını itirib.



Әlaqәli Xәbәrlәr