İsrail yenə Livana hücum etdi

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə ...

2113217
İsrail yenə Livana hücum etdi

 

  İsrail ordusunun Livanın cənubundakı bir qəsəbəyə təşkil etdiyi hücumu nəticəsində 5 nəfər həyatını itirib.

  Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusunun sərhəd bölgəsində yerləşən Xirbet əs-Slim qəsəbəsinin Ayn bölgəsində bir ev hava-yer raketi ilə vurulub. Hücum zamanı kişi, hamilə həyat yoldaşı, 4-ü eyni ailədən olan 2 uşaq və daha bir nəfər həlak olub. Yaralanan 9 nəfər isə müalicə üçün yaxınlıqdakı xəstəxanalara göndərilib.

  İsrailin hədəf aldığı ev tamamilə, ətrafındakı bir çox ev isə qismən dağıntılara uğrayıb.  

  Xatırladaq ki, İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livanın cənubuna hücumu nəticəsində həlak olan mülki vətəndaşların sayı 51-ə yüksəlib. Bundan əlavə, toqquşmalarda 236 Hizbullah, 11 Əməl, 12 Həmas, 12 İslami Cihad üzvü, 6 mülki İsrail vətəndaşı və 11 əsgər həlak olub.



Әlaqәli Xәbәrlәr