İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 35 272 nəfərə yüksəlib.

2140490

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 223 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi  hücumlarda daha 39 fələstinlinin həyatını itirdiyi, 64 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 272-ə, yaralıların sayının isə 79 205-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda hücumlarda həyatını itirən uşaqların sayına diqqət çəkib.
Paylaşımda bu ifadələrə yer verilib: “İsrailin Qəzza zolağına etdiyi hücumlarda 15 103 uşaq şəhid olub”.

Әlaqәli Xәbәrlәr