İsrail ordusunun Qəzza zolağının mərkəzinə hücumunda azı 17 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının mərkəzi və şimal hissəsində 3 evə təşkil etdiyi hücumlarda  azı 17 fələstinli həyatını itirib.

2109891
İsrail ordusunun Qəzza zolağının mərkəzinə hücumunda azı 17 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının mərkəzi və şimal hissəsində 3 evə təşkil etdiyi hücumlarda  azı 17 fələstinli həyatını itirib.
Fələstinin WAFA  xəbər agentliyinin yaydığı məlumatda İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi bölgəsindəki Deyr əl-Belah şəhərində 2 evi hədəf alması nəticəsində azı 15 fələstinlinin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.
Məlumatda  yaralıların şəhərdəki Əqsa Şəhidləri Xəstəxanasına aparıldığı, mülki müdafiə əməkdaşlarının evlərin dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirdiyi qeyd olunub.
İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliya qaçqın düşərgəsində 70 fələstinlinin sığındığı evi bombaladığı, ilkin məlumatlara görə 2 nəfərin həyatını itirdiyi bildirilib.
İsrail ordusunun 2023-cü ilin 7 oktyabrından bəri mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və fələstinlilərin sığınacaqlarını hədəf alan hücumlarını davam etdirməsi və humanitar yardımların bölgəyə daxil olmasına mane olması səbəbindən təxminən 2,3 milyon insanın yaşadığı Qəzza zolağında böyük humanitar fəlakət yaşanır.



Әlaqәli Xәbәrlәr