Misir Rəfahdə logistika mərkəzi qurur

Misirin Şimali Sinay valisi general-mayor Məhəmməd Əbdülfadil verdiyi yazılı açıqlamada bildirib ...

2103922
Misir Rəfahdə logistika mərkəzi qurur

 

  Misir İsrailin hücumu və işğalı altında olan Qəzza zolağına humanitar yardım üçün sərhəddəki Rəfah şəhərində logistika mərkəzi qurmağa başladığını açıqlayıb.

  Misirin Şimali Sinay valisi general-mayor Məhəmməd Əbdülfadil verdiyi yazılı açıqlamada bildirib: “Misirlə Qəzza zolağı arasındakı Rəfah Sərhəd Qapısının yerləşdiyi bölgədə Misir ordusu Misir Qızıl Aypara Cəmiyyətinin işini asanlaşdırmaq, həmçinin Ariş bölgəsində və yolda sıxlığı azaltmaq üçün logistika mərkəzinin tikintisinə başlayıb. Qurulacaq mərkəzdə yük maşınları üçün dayanacaqlar, seyf anbarlar, inzibati ofislər, eləcə də sürücülər üçün yaşayış yerləri olacaq, su və elektrik təmin ediləcək.

  Qəzzaya edilən yardımlar qurudan, dənizdən və havadan Sinay bölgəsinə çatırılır. Ariş limanı və Ariş Beynəlxalq Hava Limanına gələn yardımlar yük maşınları ilə Qəzzaya aparılır”.

 



Әlaqәli Xәbәrlәr