İsrail qüvvələri Əqsa Universitetini bombaladı

İsrail ordusunun Qəzza şəhərindəki Əqsa Universitetinin binalarını dağıtdığı, kampusa sığınan vətəndaşlara atəş açdığı bildirilib.

2098559
İsrail qüvvələri Əqsa Universitetini bombaladı

İsrail ordusunun Qəzza şəhərindəki Əqsa Universitetinin binalarını dağıtdığı, kampusa sığınan vətəndaşlara atəş açdığı bildirilib.
İsrail qüvvələri işğal altındakı Qəzza şəhərinin qərb hissəsinə daxil olaraq Əqsa Universitetinə aid 2 binanı bombalayaraq dağıdıb.
Kampusun  divarlarını hərbi texnika ilə dağıdan İsrail qüvvələri kampusa sığınan vətəndaşlara atəş açıb, gözyaşardıcı qazla müdaxilə edib.
Kampusda İsrail qüvvələrinin hücumuna məruz qalan vətəndaşlar arasında ölən və yaralananlarla bağlı məlumat verilməyib.
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Əqsa Universitetinin binası ətrafına ağır zərbələr endirib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 562 İsrail əsgəri də həlak olub

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 12000 mindən çoxu uşaq və 8000 mindən çoxu da qadın olmaqla 27585 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 385 fələstinli həyatını itirib.

 



Әlaqәli Xәbәrlәr