Husilər: ABŞ və Böyük Britaniya yenə hücum etdi

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın ölkənin Sada və Hudeyde şəhərlərinə 15 hava zərbəsi endiriblər.

2097653
Husilər: ABŞ və Böyük Britaniya yenə hücum etdi

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın ölkənin Sada və Hudeyde şəhərlərinə 15 hava zərbəsi endiriblər.

Husilərə bağlı "El-Mesirah" telekanalının xəbərinə görə, ABŞ və İngiltərə döyüş təyyarələri Yəmənin şimalındakı Sada və qərbdəki  Hudeyde şəhərlərini hədəf alıb.

Xəbərdə döyüş təyyarələrinin Hudeydeyə 11, Sada şəhərinə isə 4 hücum təşkil etdiyi, can itkisi ilə bağlı məlumat verilmədiyi bildirilib.

Qeyd edək ki, İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduğunu bildirdikləri ticarət gəmilərini müsadirə etməyə, bəzilərinə isə dron və pilotsuz təyyarələrlə hücum etməyə başlayıb.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr