Stefan Dujarrik Qəzzadakı vəziyyətlə bağlı açıqlamalar verdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin Qəzzanın Rəfah şəhərinə doğru irəliləmə ehtimalının narahatlıq doğurduğunu bildirib.

2096912

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
BMT-nin Baş katibi Antonio Qutereşin İsrailin Rəfah şəhərinə doğru irəliləmə ehtimalını necə qiymətləndirdiyi  ilə bağlı suala Stefan Dujarrik belə cavab verib: “Baş katib bu ehtimalın son dərəcə narahatlıq doğurduğunu düşünür''.
Xan Yunisdəki hücumların mülki şəxslərə təsirini açıq şəkildə ortaya qoyduğuna işarə edən Stefan Dujarrik BMT-nin buradakı obyektinin də vurulduğunu xatırladıb.
İsrailin quru hücumlarından sonra Qəzza xalqının cənuba doğru hərəkət etdiyini ifadə edən Stefan Dujarrik deyib: "Cənuba doğru hərəkət etdikcə əhalinin sıxlığı artacaq".
Soyuq havada insanların çadırlarda və dəhşətli şəraitdə sağ qalmağa çalışdığına diqqət çəkən Stefan Dujarrik İsrailin Rəfaha doğru irəliləmə ehtimalının narahatlıq doğurduğunu bildirib.

Әlaqәli Xәbәrlәr