İsrailin Qəzza zolağında öldürdüyü uşaq sayı

İsrail Qəzza zolağında 108 gündə 11 min uşağı öldürüb.

2092300
İsrailin Qəzza zolağında öldürdüyü uşaq sayı

İsrail Qəzza zolağında 108 gündə 11 min uşağı öldürüb.

Bu barədə Qəzzadakı hökumətin media ofisindən açıqlama verilib.

Açıqlamaya görə, İsrailin 108 gündür Qəzzaya təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.

Qəzzada 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin hələ də dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd edilib.

Hücumlar zamanı 70 min ev tamamilə, 290 min ev isə qismən dağıdılıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzzada 119 jurnalist həyatını itirib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits sosial media hesabında "Oktyabrın 7-dən bu yana Qəzzaya qarşı vəhşiliklərdə azalma müşahidə olunmayıb” deyərək Qəzzada hər saat 2 ananın öldürüldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr