İsrail ordusunun Qəzza zolağına hücumlarının nəticələri

İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda gündə ən azı 173 fələstinli qadın və uşağı öldürüb.

2090713
İsrail ordusunun Qəzza zolağına hücumlarının nəticələri

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 762-yə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 105 gündür hücumları ilə bağlı məlumat verib.

İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 142 fələstinlini öldürdüyünü, 278 fələstinlini isə yaraladığını bildirən Kudra 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 24 min 762, yaralı sayının isə 62 min 108-ə çatdığını qeyd edib. 

Kudra dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.

İsrailin hücumlarında 70 min evin tamamilə dağıldığı, 290 min evin isə zərər gördüyü paylaşılıb.

Səhiyyə sektorunu hədəf alan İsrailin pozuntularına gəlincə isə 337 səhiyyə işçisi və 45 mülki müdafiə əməkdaşının həlak olduğu bildirilib.

Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 119 jurnalist həyatını itirib.

İsrail qüvvələrinin 99 səhiyyə işçisi və 9 jurnalisti saxladığı, 2 milyon 300 min əhalisi olan Qəzza zolağında 2 milyon insanın didərgin düşdüyü vurğulanıb.

Köçkün fələstinlilərin sığındığı izdihamlı yerləşdirmə mərkəzlərində qeyri-insani vəziyyətə diqqət çəkilərək, köçkünlük nəticəsində 400 min yoluxucu xəstəlik və 8 mindən çox Hepatit A hadisəsinin aşkar edildiyi bildirilib.

Qeyd olunub ki, Qəzzada 60 min hamilə qadın və 350 min xroniki xəstənin həyati təhlükəsi var.
İsrail ordusu 138 dövlət obyekti və 97 məktəb və universiteti dağıdıb, 295 məktəb və universitetə ​​isə qismən ziyan dəyib.

Qəzza xaricində müalicəyə ehtiyacı olan yaralıların sayının 11 min olduğu, 10 min xərçəng xəstəsinin isə qeyri-kafi sağlamlıq səbəbiylə ölüm riski altında olduğu vurğulanıb.

Bildirilib ki, İsrail ordusu Qəzzada 157-si tamamilə dağıdılmış 246 məscidə ziyan vurub, 3 kilsəni hədəfə alaraq onların dağılmasına səbəb olub.

İsrailin Qəzzada 150 səhiyyə müəssisəsini hədəfə aldığı, 53 sağlamlıq mərkəzi və 30 xəstəxananı xidmətdən çıxardığı, 122 təcili yardım maşınını yararsız hala gətirdiyi bildirilib.

İsrail Fələstinin mədəni irsini də hədəf alıb və Qəzzada 200 tarixi və mədəni varlığı məhv edib.

Açıqlamada həmçinin vurğulanıb ki, İsrail ordusu 7 oktyabrdan bəri Qəzzaya 65 min tondan çox partlayıcı ilə hücum edib.



Әlaqәli Xәbәrlәr