Dağıstanda silahlı hücum, ölən və yaralananlar var

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

2155044
Dağıstanda silahlı hücum, ölən və yaralananlar var

Rusiyanın Dağıstan bölgəsində törədilən silahlı hücumlar zamanı bir polis bölməsi, bir sinaqoq və iki kilsə hədəf alınıb, nəticədə 6 polis və bir keşiş həyatını itirib, 4 cinayətkar zərərsizləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, dünən yerli vaxtla saat 18:00 radələrində naməlum silahlı şəxslərin Mahaçqalada polis bölməsinə və Dərbənddə iki kilsə və sinaqoqa hücum etdiyi bildirilib. Açıqlamada hadisə nəticəsində 6 polisin öldüyü, 12-nin yaralandığı qeyd edilib.
Açıqlamada həmçinin hücum zamanı bir keşişin də həyatını itirdiyi bildirilib.
Dağıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada 4 cinayətkarın zərərsizləşdirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr