NATO Ukraynanın müdafiə qabiliyyətini artırmağa davam edəcək

NATO Ukraynanın müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bəyan edib və Rusiyanın bu ölkəyə hücumlarını pisləyib.

2087517
NATO Ukraynanın müdafiə qabiliyyətini artırmağa davam edəcək

NATO Ukraynanın müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bəyan edib və Rusiyanın bu ölkəyə hücumlarını pisləyib.
NATO-nun verdiyi bəyanata görə, Rusiyanın Ukraynaya son hava hücumlarından sonra NATO-Ukrayna Şurası səfirlər səviyyəsində toplanıb.
Bəyanatda müttəfiqlər Rusiyanın Ukraynaya qarşı hava hücumlarının artırılmasını və Rusiyanın Şimali Koreyadan aldığı ballistik raketlərdən və İrandan aldığı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsini qətiyyətlə pisləyib və Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirəcəklərinə söz veriblər. 
Bəyanatda müttəfiqlərin NATO vasitəsilə təxminən 1000 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi alacağı bildirilib və Almaniyanın bir müddət əvvəl Ukraynaya “Patriot” və “Skynex” hava hücumundan müdafiə sistemləri və “İris-T” raketləri tədarük etdiyi xatırladılıb. 
Bəyanatda həmçinin İngiltərənin Ukraynaya təxminən 200 hava hücumundan müdafiə raketi göndərəcəyi bildirilib.
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb.


Etiketlәr: #Rusiya , #Ukrayna , #NATO

Әlaqәli Xәbәrlәr