Qırmızı dənizdə yenə PUA gərginliyi

ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndə husilərin Qırmızı dənizdən atdığı 24 raket və pilotsuz uçuş aparatını (PUA) vurub.

2086714
Qırmızı dənizdə yenə PUA gərginliyi

ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndə husilərin Qırmızı dənizdən atdığı 24 raket və pilotsuz uçuş aparatını (PUA) vurub.

CNN-in adı açıqlanmayan Pentaqon rəsmilərinə əsaslandırdığı xəbərə görə, husilərin başlatdığı hücumlar nəticəsində heç bir ABŞ gəmisi və ya ekipajının zərər görməyib.

Qeyd olunub ki, əməliyyat zamanı husilərin Qırmızı dənizdən atdığı 24 raket və pilotsuz uçuş aparatı (PUA) vurulub.

Avropa-Hindistan-Uzaq Şərq ticarət marşrutu üzərində olduğu üçün kritik əhəmiyyət kəsb edən Qırmızı dəniz Qəzza zolağında başlayan Orta Şərq gərginliyinin getdikcə dərinləşməsi ilə bağlı narahatlıq doğuran ən böyük toqquşma sahəsinə çevrilmə xüsusiyyəti daşıyır.

ABŞ Müdafiə Nazirliyi dekabrın 6-da Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18-də “Dəniz İşçi Qrupu” adlı çoxmillətli bir missiyanın yaradıldığını açıqlayıb. 

Husilərin İsrailin Qəzzaya hücumlarına cavab olaraq ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səfərlərini dayandırmaq qərarına gəlib.



Әlaqәli Xәbәrlәr