Volker Türk: ''Ukraynada azı 10 min mülki vətəndaş ölüb''

Birləşmiş Millətlər Təşkilatı (BMT)  Ukraynada  azı 10 min dinc sakinin öldüyünü açıqlayıb.

2078512
Volker Türk: ''Ukraynada azı 10 min mülki vətəndaş ölüb''

Birləşmiş Millətlər Təşkilatı (BMT)  Ukraynada  azı 10 min dinc sakinin öldüyünü açıqlayıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk BMT İnsan Hüquqları Şurasının təşkil etdiyi toplantıda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynadakı insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatının nəticələrinin qiymətləndirildiyini deyib.
Volker Türk uzun illər davam edən müharibənin gələcək nəsillərin həyatına və insan hüquqlarına təsir edəcəyinə görə narahat olduqlarını bildirib.
Volker Türk BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə  Monitorinq Missiyası (HRMMU) vasitəsilə hərtərəfli monitorinq və sənədləşdirmə aparmağa davam etdiklərini ifadə edərək bu sənədlərin beynəlxalq insan hüququnun və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasını və hərbi cinayətləri göstərməyə davam etdiyini vurğulayıb. 
BMT rəsmisi məhbuslara qarşı işgəncə, pis rəftar və cinsi zorakılıq kimi pozuntuların da sənədləşdirildiyini qeyd edib.
Volker Türk deyib: "İnsan Hüquqları Bürosu dekabrın 4-nə kimi 2022-ci ilin fevral ayından bu yana qarşıdurmalar nəticəsində 560-dan çoxu uşaq olmaqla azı 10 min mülki şəxsin öldüyünü təsdiqlədi. Bir çoxu ağır olmaqla 18 min 500 mülki şəxsin yaralandığını təsdiqlədi. Gerçək  rəqəmlər yəqin ki, daha çoxdur''.
Mülki ölümlərin çoxunun Donetsk, Xarkov, Xerson və Zaporojya bölgələrində qeydə alındığına diqqət çəkən Türk ölənlər arasında çox sayda yaşlının olduğunu bildirib.


Etiketlәr: #Ukrayna , #BMT , #Volker Türk

Әlaqәli Xәbәrlәr