İsrail ordusu Cenin şəhərinə hücum etməyə davam edir

Bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat verib.

2075852
İsrail ordusu Cenin şəhərinə hücum etməyə davam edir

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə hücumlarını davam etdirib.
Bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat verib.
İsrail ordusu Cenin şəhəri və Cenin qaçqın düşərgəsinə qarşı hücumlarını genişləndirib.
İsrail qüvvələrinin Ceninin şərqindəki bir evi ''Enerqa'' raketi ilə bombalaması böyük dağıntılara səbəb olub.
Əsgərlər bölgədəki bir çox evi hərbi maşınlarla mühasirəyə alıb və çox sayda buldozerlə şəhərin infrastrukturunu məhv edib.
Cenin şəhərinin şərq məhəlləsində fələstinlilərlə İsrail qüvvələri arasında baş verən qarşıdurmalar çox sayda evi hərbi məntəqəyə çevirib.
Qarşıdurma nəticəsində çox sayda fələstinli saxlanılıb, İsrail ordusu məhəlləni tamamilə mühasirəyə alaraq girişləri hərbi maşın və buldozerlərlə bağlayıb.
İşğal qüvvələri Cenin qaçqın düşərgəsinə də basqın edərək düşərgədəki fələstinlilərə məxsus evləri bombalayıb, yanğınlara səbəb olub.
İsrail əsgərləri yanğını nəzarət altına almağa gələn yanğınsöndürmə qruplarının yanğının baş verdiyi əraziyə getməsinə imkan verməyib.
Hücumlar və qarşıdurmalar nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Digər tərəfdən Cenin Təhsil Müdirliyi şəhərdəki məktəblərdə, qaçqın düşərgələrində və İsrail qüvvələrinin hücum etdiyi bütün bölgələrdə distant təhsilə başlanılacağını açıqlayıb.

WAFA xəbər agentliyinə müsahibə verən Cenin Təhsil Müdiri Selam Tahir müəllim və tələbələrin təhlükəsizliyini təmin etmək üçün bu qərarı qəbul etdiklərini söyləyib.
Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun Ceninə hücumu nəticəsində 7 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və yəhudilər tərəfindən törədilən hücumlarda həlak olan fələstinlilərin sayı 282-yə yüksəlib.
İsrail ordusu dünən səhər saatlarında Cenin şəhəri və Cenin qaçqın düşərgəsinə basqın edərək bir çox hündürmərtəbəli binaların damlarına snayperlər yerləşdirib.
Oktyabrın 7-dən etibarən İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılığının artdığı müşahidə olunur.



Әlaqәli Xәbәrlәr