Co Bayden: ''Ukraynanı dəstəkləməyə davam edəcəyik''

ABŞ prezidenti Co Bayden Ukraynaya hərtərəfli dəstəyi davam etdirəcəklərini vurğulayıb.

2075848
Co Bayden: ''Ukraynanı dəstəkləməyə davam edəcəyik''

ABŞ prezidenti Co Bayden Ukraynaya hərtərəfli dəstəyi davam etdirəcəklərini vurğulayıb.
ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə Ağ Evdə görüşüb, daha sonra isə birgə mətbuat konfransında çıxış ediblər.

İndiyə qədər Ukraynaya verdikləri dəstəyi ən güclü şəkildə davam etdirəcəklərini qeyd edən Co Bayden həm demokratların, həm də respublikaçıların indiyə qədər Ukraynanı dəstəklədiyini və bunun davam etməsinin vacib olduğunu vurğulayıb.

"Biz Ukraynanı kritik əhəmiyyətə malik silah və texnika ilə gücləndirməyə davam edəcəyik. Ancaq əlavə büdcə olmadan Ukraynanı dəstəkləmək imkanımızın sonuna gələcəyik. Putin ABŞ-ın Ukraynanı dəstəkləməyəcəyini hesab edir. Onun səhv düşündüyünü  sübut etməliyik'' deyən Bayden ABŞ Konqresinə müraciət edərək, tələb etdiyi əlavə büdcənin ən qısa zamanda qəbul edilməsi lazım olduğuna diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr