ABŞ-da silahlı insident, ölən və yaralananlar var

Məlumata əsasən, Las-Veqas Universitetinin kampusunda atışma olub.

2073482
ABŞ-da silahlı insident, ölən və yaralananlar var

ABŞ-ın Nevada ştatındakı Las Veqas Universitetinə silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib, hücum edən şəxs zərərsizləşdirilib.
Məlumata əsasən, Las-Veqas Universitetinin kampusunda atışma olub.
ABŞ polisi universitetdəkilərdən təhlükəsiz ərazilərə sığınmalarını istəyib.
Hadisə nəticəsində 3 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.
Hücum edənin zərərsizləşdirildiyi açıqlanıb. Təcavüzkarın kimliyi ilə bağlı açıqlama verilməsə də, hadisə ilə bağlı istintaq davam edir.



Әlaqәli Xәbәrlәr