İsrail ordusu hücumlara yenidən başladığını açıqlayıb

İsrail ordusu Qəzza zolağında bir həftədir davam edən humanitar fasilənin sona çatdığını və hücumlara yenidən başladığını açıqlayıb.

2071362
İsrail ordusu hücumlara yenidən başladığını açıqlayıb

İsrail ordusu Qəzza zolağında bir həftədir davam edən humanitar fasilənin sona çatdığını və hücumlara yenidən başladığını açıqlayıb.

İsrail və "Həmas" arasında barışıq çərçivəsində noyabrın 24-ü səhər saatlarında qüvvəyə minən humanitar fasilə bu gün səhər saatlarında başa çatıb.

Ordunun verdiyi yazılı açıqlamada "Həmas"ın "humanitar sülhü pozduğu" iddia edilib. Açıqlamada "İsrail ordusu Qəzza zolağında "Həmas"a qarşı əməliyyatlarını yenidən başladıb" deyilib.

Qəzzada Daxili İşlər Nazirliyindən verilən açıqlamada humanitar fasilə bitdikdən sonra İsrail döyüş təyyarələrinin bölgə üzərində uçuşlara başladığı qeyd edilib.

Açıqlamada İsrail hərbi maşınlarının Qəzzanın şimalına atəş açması ilə bağlı məlumatlar da yer alıb.

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Meqazi qaçqın düşərgəsindəki evlərdən birini hədəf alan hücumunda 7 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Rəfah şəhərinin mərkəzində evlərdən birini hədəf alan hücumda 4 nəfər həyatını itirib, Xan Yunisin qərbindəki Həmad qəsəbəsində bir mənzilin hədəfə alınması nəticəsində 2 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəzza Səhiyyə Nazirliyi atəşkəsin sona çatmasından bu yana ümumilikdə 14 fələstinlinin öldürüldüyünü açıqlayıb.

Qəzza şəhərinin şimal-qərbindəki Ən-Nəsr rayonunda “Ən-Nəsr” və “Rantisi” xəstəxanaları ətrafında İsrail qüvvələri ilə fələstinli qruplar arasında toqquşma olub.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada Qəzzaya qarşı yeni hücumlarda "Həmas" günahlandırılıb.

"Həmas"ın tərəflər arasında razılaşmaya uyğun olaraq israilli qadın əsirləri azad etmədiyi və İsrailə raket atdığını iddia edilən açıqlamada Netanyahunun bu açıqlamalarına yer verilib:

"Müharibəyə qayıtmaqla, İsrail hökumətinin müharibənin məqsədlərinə sadiq qaldığını vurğulayacağıq. Məqsədlər israilli əsirlərin sərbəst qalması, "Həmas"ı məhv etmək, Qəzzanın İsrailə yenidən təhdid yaratmamasını təmin etməkdir".



Әlaqәli Xәbәrlәr