Çin və Fransa prezidentləri İsrail ilə Fələstin arasındakı gərginliyi müzakirə ediblər

Bu barədə Çin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

2066854
Çin və Fransa prezidentləri İsrail ilə Fələstin arasındakı gərginliyi müzakirə ediblər

Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Çin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Məlumata əsasən, tərəflər Fələstin ilə İsrail arasındakı gərginliyi müzakirə ediblər. Cin və Fransa prezidentləri söhbət zamanı İsrail ilə Fələstin arasındakı gərginliyin iki dövlətli həll yolu ilə həll ediləcəyini bildiriblər. 
Si Cinpin və Emmanuel Makron İsrail-Fələstin münaqişəsinin və daha ciddi humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını bildirib.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr