İsrailin hücumlarında ölənlərin sayı 13 minə çatıb

Qəzzada hökumət İsrailin hücumlarında ölənlərin sayının təxminən 700 nəfər artaraq, əksəriyyəti uşaq və qadın olmaqla 13 minə çatdığını açıqlayıb.

2066117
İsrailin hücumlarında ölənlərin sayı 13 minə çatıb

Qəzzada hökumət İsrailin hücumlarında ölənlərin sayının təxminən 700 nəfər artaraq, əksəriyyəti uşaq və qadın olmaqla 13 minə çatdığını açıqlayıb.
Qəzza hökumətinin Mətbuat İdarəsi "Telegram" hesabında hücumların 44-cü günündə Qəzza zolağında ölən və yaralananların ümumi sayı ilə bağlı son vəziyyəti paylaşıb.

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda 5 min 500-ü uşaq, 3 min 500-ü qadın olmaqla, 13 mindən çox insanın həyatını itirdiyi bildirilib.

Açıqlamada ölənlərdən 201-nin həkim, tibb bacısı və səhiyyə işçiləri, 22-nin mülki müdafiə, 60-nın isə jurnalist olduğu bildirilib.

Daha əvvəl açıqlanan 30 mindən çox yaralı sayı ilə bağlı bir yeniləmə olmasa da, bu sayın 75 faizinin qadın və uşaqların olduğu bildirildi.

Açıqlamada, əksəriyyətinin dağıntılar altında qaldığı və ya cəsədləri tapıla bilməyən 6 min adamın itkin düşdüyü də qeyd edilib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr