ÜST: "Qəzzada Şifa xəstəxanası artıq xidmət göstərə bilmir"

Gebreyesus İsrailin blokadası və hücumu altında olan Qəzzada Şifa xəstəxanasının artıq xidmət göstərə bilmədiyini bildirib.

2066024
ÜST: "Qəzzada Şifa xəstəxanası artıq xidmət göstərə bilmir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsrailin blokadası və hücumu altında olan Qəzzada Şifa xəstəxanasının artıq xidmət göstərə bilmədiyini bildirib.

Gebreyesus bu barədə "X" platformasındakı paylaşımında bildirib

"Nümayəndə heyəti gördü ki, xəstəxana artıq xidmət göstərə bilmir. Su, yemək və yanacaq yoxdur, tibbi ləvazimatlar tükənib. Bu acınacaqlı vəziyyəti və xəstələrin, o cümlədən körpələrin vəziyyətini nəzərə alaraq, tibb işçiləri artıq orada həyat xilasedici yardım ala bilməyən xəstələrin təxliyəsi üçün dəstək istəyiblər.

Təcili evakuasiya planı hazırlamaq və bu planın tam şəkildə asanlaşdırılmasını tələb etmək üçün tərəfdaşlarımızla işləyirik. Sağlamlığın və mülki şəxslərin qorunması çağırışımızı bir daha təkrar edirik. Mövcud vəziyyət dözülməzdir. Dərhal Atəşkəs!",- deyə Gebreyesus deyib.

ÜST Şifa Xəstəxanasına daxil olan qrupun fəaliyyətləri ilə bağlı verdiyi açıqlamada isə, "Təhlükəsizlik vəziyyətinə görə vaxt məhdudiyyətləri səbəbiylə qrup, 'ölüm zonası' olaraq xarakterizə etdikləri xəstəxanada cəmi bir saat qala bildi. Atışma və qarşıdurma izləri aydın görünürdü. Komanda xəstəxananın girişində kütləvi məzarlıq görüb və orada 80-dən çox insanın dəfn edildiyi bildirilib”, - məlumatda deyilir.

ÜST bildirib ki, hazırda xəstəxanada 291 xəstə və 25 tibb işçisi, o cümlədən 32 körpənin vəziyyəti ağırdır.

“Biz dərhal atəşkəsə, geniş miqyasda humanitar yardım axınının davam etdirilməsinə, ehtiyacı olanların hamısına maneəsiz humanitar yardımın təmin edilməsinə, bütün girovların qeyd-şərtsiz azad edilməsinə, səhiyyəyə və digər həyati əhəmiyyət kəsb edən hücumların dayandırılmasına çağırırıq”, - ÜST bildirib.

İsrail ordusu bütün köçkün fələstinliləri və xəstələrin əksəriyyətini hücum və blokada altında olan Qəzza zolağındakı Şifa xəstəxanasından zorla çıxarıb.



Әlaqәli Xәbәrlәr