İsrail İordan çayının qərb sahilinə ağır zərbələr endirdi

İsrailin İordan çayının qərb sahilinə ağır zərbələr endirdiyi bildirilib.

2065355
İsrail İordan çayının qərb sahilinə ağır zərbələr endirdi

İsrailin İordan çayının qərb sahilinə ağır zərbələr endirdiyi bildirilib.
Bu barədə Fələstinin dövlət telekanalı məlumat yayıb. Hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilib.
Məlumatda hücum nəticəsində iki fələstinlinin həlak olduğu, üç nəfərin də yaralandığı  qeyd olunub.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 51 İsrail əsgəri də həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 4710-u uşaq və 3160-ı qadın olmaqla 11500 nəfər həlak olub.

Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 197 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxanaya ağır zərbələr endirib, işğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb və yaralanıb.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr