Fələstin Statistika İdarəsi: ''Qəzza və Şimali Qəzza vilayətlərində hələ də 807 min insan yaşayır''

İsrailin intensiv hücumlarına məruz qalan Qəzza və Şimali Qəzza vilayətlərində hələ də 807 min insanın yaşadığı bildirilib.

2065358

Fələstin Mərkəzi Statistika İdarəsinin yaydığı məlumata əsasən, Qəzza zolağının mərkəzi və cənub hissəsindəki əyalətlərə təxminən 400 min insanın köç etdiyi bildirilib.
Məlumatda oktyabrın 7-dən əvvəl 1,2 milyon insanın yaşadığı Qəzza və Şimali Qəzza əyalətlərində hələ də 807 min fələstinlinin yaşadığı təxmin edildiyi qeyd edilib.
Məlumatda vurğulanıb ki, bu rəqəm şimal vilayətlərində yaşayan əhalinin təxminən üçdə ikisinin hələ də burada məskunlaşdığını və yalnız üçdə birinin cənuba köç etdiyini göstərir.
Qeyd edək ki, İsrail ordusu bundan əvvəl də dəfələrlə Qəzzanın şimalındakıları cənuba getməyə çağırmışdı.

Әlaqәli Xәbәrlәr