BMT İsrailin BMT TŞ-nın qərarı ilə bağlı yanaşmasına reaksiya verib

İsrailin BMT-dəki Daimi Nümayəndəsi Gilad Erdan sosial media hesabından etdiyi paylaşımda BMT TŞ-nin qərarının reallıqla əlaqəsinin kəsildiyini iddia edib.

2065597
BMT İsrailin BMT TŞ-nın qərarı ilə bağlı yanaşmasına reaksiya verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzadakı münaqişəyə dərhal və uzunmüddətli fasilə verilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi qətnaməni “reallıqdan qopmuş” kimi xarakterizə etməsindən təəssüfləndiyini bildirib.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında BMT TŞ-nin dünən qəbul etdiyi qərarı müsbət qarşıladıqlarını bildirərək "İsrail qərara əməl etməyəcəyini açıqladı, siz nə düşünürsünüz?" sualına "İsrail hökumətinin bəyanatlarından təəssüfləndik. Şuranın bu nöqtəyə gəlməsi olduqca ağrılı oldu" cavabını verib.

Qeyd edək ki, İsrailin BMT-dəki Daimi Nümayəndəsi Gilad Erdan sosial media hesabından etdiyi paylaşımda BMT TŞ-nin qərarının reallıqla əlaqəsinin kəsildiyini iddia edib və deyib:

"Şura nə qərar versə də, İsrail beynəlxalq hüquqa riayət etməyə davam edəcək”.

Dujarrik qeyd edib ki, münaqişənin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasının birgə hərəkət edə biləcəyi müsbət addımdır. Toqquşmalar davam edir, əlbəttə ki, daha çox iş görülməlidir. Bütün tərəflərin zəmanəti olmadan münaqişə zonasında heç bir yer “təhlükəsiz bölgə” ola bilməz. Tarixən təhlükəsiz sığınacaqlarla bağlı təcrübəmiz çox da müsbət olmayıb.

Dujarrik deyib ki, BMT öz mandatını yerinə yetirməyə davam edəcək, lakin “təhlükəsiz zonanın yaradılması prosesində iştirak etməyəcək”.

BMT Təhlükəsizlik Şurasında dekabrın 17-də Qəzzadakı münaqişələrə “dərhal və uzadılmış fasilə” tələb edən qətnamə  12 “müsbət” səs ilə qəbul edilib.



Әlaqәli Xәbәrlәr