İsrailin Qəzzaya intensiv hücumları nəticəsində həyatını itirənlərin sayı 11180 nəfərə çatıb

İsrailin 37 gündür Qəzzaya endirdiyi ağır zərbələr nəticəsində həyatını itirənlərin sayı 11180 nəfərə çatıb.

2063521

Bölgədəki vəziyyətlə bağlı Qəzza zolağındakı hökumətin media ofisi tərəfindən bəyanat verilib.
Bəyanata  görə, İsrailin 7 oktyabrdan bəri Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 4 609-u uşaq, 3100-ü qadın olmaqla 11180 nəfərə çayıb.
Hücumlarda 198-i tibb işçisi, 20 mülki müdafiə zabiti və 49 jurnalist həyatını itirib.
Bundan əlavə, hücumlarda yaralananların 70 faizi qadın və uşaqdır. Məlumata görə, hücumlarda ümumilikdə 28200 adam müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatda İsrailin qəzzalı ailələrə qarşı 1142 hücum həyata keçirdiyi, dağıntılar altında təxminən 1700-ü uşaq olmaqla 3250 adamın itkin düşdüyü qeyd edilib.
İsrailin xüsusilə xəstəxanaları hədəf aldığı və tibb işçilərini təhdid etdiyi bildirilir. Hücumlar nəticəsində Qəzzada 22 xəstəxana və 49 tibb mərkəzi fəaliyyətini dayandırıb, 53 təcili yardım maşını da hədəf alınıb.

Әlaqәli Xәbәrlәr