Volker Türk İsrailin Qəzzadakı vəziyyəti qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk İsrailin fələstinli mülki vətəndaşları kollektiv şəkildə cəzalandırmasının, bu insanların qeyri-qanuni şəkildə təxliyəsi kimi hərbi cinayət olduğunu bildirib.

2062601

Volker Türk Misirlə Qəzza arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin yerləşdiyi ərazini ziyarət etdikdən sonra bölgədəki vəziyyəti qiymətləndirib.
Burada bir kabusun şahidi olduğunu ifadə edən Volker Türk İsrailin 56 illik işğalı və 16 illik mühasirəsi altında olan Qəzzanın oktyabrın 7-də qarşıdurma başlamazdan əvvəl "dünyanın ən böyük açıq hava həbsxanası" olaraq xarakterizə edildiyini xatırladıb.
Oktyabrın 7-də Fələstin silahlı qrupları tərəfindən həyata keçirilən hücumların amansız və sarsıdıcı olduğunu bildirən Volker Türk bunun da İsrail vətəndaşlarının girov götürülməsi kimi hərbi cinayət olduğunu qeyd edib.
Volker Türk deyib:"İsrailin fələstinli mülki vətəndaşları kollektiv şəkildə cəzalandırması, bu insanların qeyri-qanuni şəkildə təxliyəsi kimi hərbi cinayətdir''.
İsrailin Qəzzaya təşkil etdiyi intensiv bombardmanlarının xüsusilə qadın və uşaqları öldürdüyünü, şikəst etdiyini və yaraladığını vurğulayan Volker Türk bunun bütün mülki vətəndaşlar üçün dözülməz bir yük olduğunu vurğulayıb.
Volker Türk Qəzzanın hər yerinə  təcili olaraq böyük miqdarda humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr