Ənvarul Hak Kakar Qəzzada uşaqların öldürülməsinə reaksiya verib

Pakistanın müvəqqəti baş naziri Ənvarul Hak Kakar İsrailin Qəzzaya hücumlarına və xüsusilə uşaqların öldürülməsinə reaksiya verib.

2062618
Ənvarul Hak Kakar Qəzzada uşaqların öldürülməsinə reaksiya verib

Pakistanın müvəqqəti baş naziri Ənvarul Hak Kakar İsrailin Qəzzaya hücumlarına və xüsusilə uşaqların öldürülməsinə reaksiya verib.
“Təəssüf ki, Musa peyğəmbərin tərəfdarı olduqlarını iddia edənlər fironların yolu ilə gedirlər”,-deyə Ənvarul Hak Kakar deyib.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, Baş nazir Kakar Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı toplantısında çıxış edib.
İsrailin Qəzzaya hücumlarına və xüsusilə də uşaqların öldürülməsinə reaksiya verən Kakar deyib: “Təəssüf ki, Musa peyğəmbərin tərəfdarı olduqlarını iddia edənlər fironların yolu ilə gedirlər”.
Kakar qeyd edib ki, İsrailin hücumları dərhal dayandırılmalıdır.
Pakistanın baş naziri İƏT-na üzv ölkələrdən Fələstin xalqının arxasında durmağı, zorakılığı dayandırmağı və günahsız Fələstin xalqı üçün humanitar dəhlizin yaradılmasını təşviq etməyi xahiş edib.
"İsrail qüvvələrinin Qəzzaya davamlı və ölümcül hava zərbələri beynəlxalq səviyyədə qınanılmalıdır. Bu problem Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müvafiq qətnamələri ilə həll edilməlidir",-deyə Ənvarul Hak Kakar qeyd edib.
İsrailin oktyabrın 7-dən bəri təşkil etdiyi hücumlar nəticəsində 10 mindən çox adam həyatını itirib, 26 mindən çox adam da yaralanıb.



Әlaqәli Xәbәrlәr