"Həmas" BMT-ni beynəlxalq komitə yaratmağa çağırıb

"Həmas" İsrailin Qəzza zolağındakı xəstəxanaların "gizlənmə yeri" kimi istifadə edildiyi və onların altında "tunellər qazıldığı" iddialarını rədd edib.

2060619
"Həmas" BMT-ni beynəlxalq komitə yaratmağa çağırıb

"Həmas" İsrailin Qəzza zolağındakı xəstəxanaların "gizlənmə yeri" kimi istifadə edildiyi və onların altında "tunellər qazıldığı" iddialarını rədd edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi bu iddiaları araşdırmaq üçün beynəlxalq komitə yaratmağa çağırıb.
"Həmas" İsrailin Qəzza zolağındakı xəstəxanalarla bağlı iddialarına dair yazılı açıqlama yayıb.

Açıqlamada İsrail ordu sözçünün mətbuat konfransında iddia etdiklərinin həqiqətə uyğun olmadığı bildirilib.

Açıqlamada BMT-nin baş katibi Quterreşdən Qəzza zolağındakı xəstəxanalara baş çəkməyə və İsrailin bu yerlərin gizlənmə yeri kimi istifadə edilməsinə dair “yalan xəbərlərini” araşdırmaq üçün beynəlxalq komitə yaratmağa çağırılıb.

Açıqlamada Qəzza zolağındakı xəstəxanalarla bağlı aşağıdakı ifadələr yer alıb:

“(İsrail ordu sözçüsü) Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanası və Qətər xəstəxanasını hədəfə almaq təhdidlərini, "Həmas"ın onların altında tunellər inşa etdiyini və raket atmaq üçün sığınacaq kimi istifadə etdiyini söyləyərək haqq qazandırmağa çalışdı.

Bu, mülki insanlara və Qəzza xəstəxanalarında yaralılara və xəstələrə qarşı davam edən cinayətlərini təmizə çıxarmaqdan başqa bir şey deyil”.

Açıqlamada İndoneziya xəstəxanasında tunel olduğu iddialarının doğru olmadığı bildirilib və “Əslində xəstəxanada yanacaq çəni üçün qazılıb tikilmiş otaq var və mühəndislik xəritələri və şəkilləri bunu sübut edir" deyilib.
Bundan əlavə, Həməd xəstəxanasında tunel olması iddiasının doğru olmadığı bildirilib və xəstəxananın altında elektrik generatorları üçün istifadə edilən otağın olduğu qeyd edilib.
Qeyd edək ki, noyabrın 5-də keçirilən mətbuat konfransında İsrail ordusunun sözçüsü Daniel Haqari sıx blokada və hücuma məruz qalan Qəzza zolağında xəstəxanaların "Həmas" tərəfindən istifadə edildiyini iddia edib.



Әlaqәli Xәbәrlәr