BMT: "Müharibə başlayandan bəri 79 əməkdaş ölüb"

BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan bəri müxtəlif növ zərərlərə məruz qalıb.

2060616
BMT: "Müharibə başlayandan bəri 79 əməkdaş ölüb"

BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan bəri müxtəlif növ zərərlərə məruz qalıb.

Bu barədə dünya təşkilatının Orta Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.

Məlumata görə, 1,5 milyon qəzzalı köçkünün təxminən yarısı agentliyin idarə etdiyi obyektlərdə yerləşdirilib.

Açıqlamada “İsrail rəhbərliyi təxliyə əmrini verməzdən öncə, 12 oktyabr tarixindəki vəziyyətə görə, şimalda və Qəzza bölgəsində 57 məktəbdə təxminən 160 min insan olub. UNRWA müvəqqəti məcburi köçkünlərə yardım və ya müdafiə təmin etmək üçün bu sığınacaqlara daxil ola bilmir və buna görə də onların ehtiyacları və şərtləri barədə məlumatı yoxdur” deyilib.

Agentliyin məlumatına görə, son iki gündə UNRWA-nın beş əməkdaşı ölüb. Oktyabrın 7-dən bu yana isə ümumilikdə 79 əməkdaş həlak olub, ən azı 24 nəfər yaralanıb.


Etiketlәr: #BMT , #UNRWA , #Qəzza zolağı

Әlaqәli Xәbәrlәr