BMT: ‘‘Qәzzada öldürülәnlәrin 67 faizi qadın vә uşaqdır’’

BMT oktyabrın 7-dən bu yana Qəzza zolağında 2326 qadın və 3760 uşağın öldürüldüyünü və bunun öldürülənlərin ümumi sayının 67 faizini təşkil etdiyini açıqlayıb.

2060151

Birləşmiş Millətlər Təşkilatının Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) Qəzzadakı olaylarla bağlı birgə bəyanat yayıb.

Bəyanatda  bombardmanların səhiyyə ocaqlarına böyük ziyan vurduğu, su və elektrik enerjisinin kəsilməsi, məhdud ərzaq və dərman çatışmazlığı səbəbindən ginekologiya və uşaq baxımı xidmətlərinin dayandırıldığı bildirilib.

Açıqlamada hazırda Qəzzada 50 min hamilə qadının olduğu, 14 xəstəxana və 45 səhiyyə mərkəzinin bağlanması ilə bəzi qadınların sığınacaqlarda, evlərdə və ya dağıntılar arasında doğum etdiyi qeyd edilib.

Әlaqәli Xәbәrlәr