Mahmud Abbas ilə Emmanuel Makron arasında görüş olub

Abbas işğal altındakı Ramallahda Fransa prezidenti Emmanuel Makronla görüşüb.

2055533
Mahmud Abbas ilə Emmanuel Makron arasında görüş olub

Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağında baş verənlərə görə məsuliyyətin İsrailin işğalçı administrasiyasının təcavüzkar təcrübələri və onların dərinləşməsinə təşviq edən ölkələrin üzərində olduğunu bildirib.

Abbas işğal altındakı Ramallahda Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Fələstin televiziyası Abbas-Makron görüşündən sonra verilən açıqlamaları yayıb.

Mahmut Abbas tam atəşkəs, təhlükəsizlik dəhlizinin açılması, su, elektrik, yanacaq və digər ehtiyacların təmin edilməsini tələb etdiklərini bildirərək, “İstər Qəzza, istərsə İordan çayının qərb sahili olsun, fələstinlilərin torpaqlarından və evlərindən çıxarılmasına, Fələstindən köçməsinin əleyhinə olduqlarını bir daha vurğulayıb. 

BMT Təhlükəsizlik Şurasındakı tərəfləri və fransalı həmkarını İsrailin hücumlarını dərhal dayandırmağa, beynəlxalq sülh konfransı təşkil etməyə və siyasi həll yoluna keçməyə çağıran Mahmud Abbas "Qəzza zolağı işğal olunmuş ərazinin bir hissəsidir. Qəzza ilə əlaqədar istər qismən və ya təhlükəsizlik əhatə edən hər hansı həlli qəbul etmirik. Hərtərəfli siyasi həllə sadiqik" deyib.

Makron isə, "Heç bir şey, heç bir yerdə terror zorakılığına haqq qazandıra bilməz" deyərək, Fələstin xalqına və "Həmas"ın başlatdığı hücumdan sonra baş verən zorakılıq burulğanının bütün qurbanlarına başsağlığı verib.

Makron sülh və təhlükəsizlik təşəbbüsünün üç sütuna söykənməli olduğunu bildirib və bunları “terror qrupları ilə mübarizə, mülki əhalinin müdafiəsi və siyasi işin bərpası” kimi təsnif edib.

Qeyd edək ki, Ramallaha bir neçə saatlıq səfərindən əvvəl Fransa lideri “İsraillə həmrəylik səfəri” edib, burada “Terror qruplarına qarşı müharibə” adlandırdığı “beynəlxalq koalisiyanın yaradılmasına” çağırıb.



Әlaqәli Xәbәrlәr