Haniyə: "Qəzzaya hücumlar regional müharibəyə çevrilə bilər"

"Həmas"ın siyasi bürosunun sədri İsmayıl Haniyə xəbərdarlıq edib ki, İsrailin Qəzzaya davam edən hücumları regional müharibəyə çevrilə bilər.

2053368
Haniyə: "Qəzzaya hücumlar regional müharibəyə çevrilə bilər"

"Həmas"ın siyasi bürosunun sədri İsmayıl Haniyə xəbərdarlıq edib ki, İsrailin Qəzzaya davam edən hücumları regional müharibəyə çevrilə bilər.
Haniyə yayımladığı videoçarxda Qəzza, İordan çayının qərb sahili və Livan cəbhələrində İsrail ilə yaşanan qarşıdurmalar və siyasi prosesləri dəyərləndirib.

ABŞ və bəzi Avropa ölkələrinin İsrailə mənəvi dəstək üçün səfər etdiyini xatırladan Haniyə bütün bu səylərə baxmayaraq, Vaşinqton rəhbərliyinin “Qazzəya hücumlarla bağlı İsrailə regional və beynəlxalq dəstək təmin etməkdə və ərəblərə təchiri qəbul etdirmək"də uğurlu ola bilmədiyini ifadə edib.

Bütün təzyiqlərə baxmayaraq, ərəb və İslam ölkələrinin fələstinlilərin deportasiyasına münasibətinin çox aydın olduğunu qeyd edən Haniyə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının toplantılarında da bunun vurğulandığını bildirib. 

Ərəblərin və İslam ölkələrinin, xüsusilə Misirin deportasiyaya qarşı mövqeyini tərifləyən Haniyə bu mövqeyi dəstəkləməyə çağırıb.

Haniyə bəyan edib ki, ABŞ administrasiyası digər cəbhələri aradan qaldırmaqda və xalqı İsrailin yalanlarına inandırmaqda uğur qazana bilməyib.

"Həmas" lideri qeyd edib ki, Qəzzaya qarşı bu vəhşi hücumlar, dağıntılar və qan tökülməsi davam edərsə, bu, regional müharibəyə çevrilə bilər.

Son günlərdə ərəb və İslam dünyasının bir çox rəsmisi ilə görüşdüklərini ifadə edən Haniyə bu görüşlərdə həllin ancaq işğalın sona çatması və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulması ilə mümkün olduğunu dilə gətirdiklərini və işğalçı komandirlərin törətdikləri cinayətlərə görə mühakimə olunmasının və ən qısa zamanda Qəzzaya yardımların çatdırılmasını tələb etdiklərini dilə gətirib.

Haniyə son olaraq Fələstin xalqı ilə ərəb və İslam dünyasını cümə günü “Qəzzəyə hücumlar dayansın, deportasiya və alternativ vətənə yox” şüarı ilə küçələrə çıxmağa çağırıb.



Әlaqәli Xәbәrlәr