AP İsrail və Misiri Qəzzaya humanitar dəhliz açmaq üçün əməkdaşlığa çağırıb

Avropa Parlamenti (AP) İsrail və Misiri Qəzzaya humanitar dəhliz açmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb.

2053597
AP İsrail və Misiri Qəzzaya humanitar dəhliz açmaq üçün əməkdaşlığa çağırıb

Avropa Parlamenti (AP) İsrail və Misiri Qəzzaya humanitar dəhliz açmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb.

AP Baş Assambleyasında keçirilən səsvermədə İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsi qəbul edilib.

21 deputatın əleyhinə, 500 deputatın müsbət səsi ilə qəbul edilən qətnamə layihəsində millət vəkilləri "Həmas"ın İsrailə qarşı "mənfur terror hücumlarını" pisləyib və Qəzzada humanitar vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Millət vəkilləri "terror təşkilatı "Həmas"ın məhv edilməsinin" vacibliyini vurğulayaraq, "Həmas" tərəfindən oğurlanan bütün əsirlərin dərhal azad edilməsini istəyiblər.

İsrailin özünümüdafiə hüququnu "beynəlxalq hüquqda nəzərdə tutulan və məhdud" olaraq müdafiə etdiklərini bildirən millət vəkilləri "İsrailin hərəkətlərinin beynəlxalq humanitar hüquqa ciddi şəkildə uyğun gəlməsini" ifadə ediblər.

Millət vəkilləri hərbi əməliyyatları “humanitar olaraq dayandırmağa” çağıraraq, mülki şəxslərə və mülki infrastruktura, o cümlədən BMT əməkdaşlarına, tibb işçilərinə və jurnalistlərə hücumun beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıblar.

Qəzzada vəziyyətin getdikcə pisləşdiyini əsas gətirən millət vəkilləri Misir və İsraili Qəzza zolağına humanitar dəhlizlər yaratmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıblar.

Avropa Parlamentinin deputatları İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini istəyib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr