İsrail-Fələstin münaqişəsində son vəziyyət

HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə qarşı hücumları davam edir.

2048767
İsrail-Fələstin münaqişəsində son vəziyyət

HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə qarşı hücumları davam edir.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda indiyədək 770 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.
Nazirlik, İsrailin hücumlarda qəsdən təcili yardım maşınlarını hədəf aldığını və Qəzzadakı Beyt Hanun xəstəxanasının hava hücumları səbəbindən xidmət verə bilmədiyini açıqlayıb.
Mühasirəyə alınmış Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 900-ü keçdiyi açıqlanıb.
İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, 157-si ağır olmaqla 2616 israilli yaralanıb.
Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, İsrailin mühasirə  altındakı Qəzza zolağına hücumlarına qarşı uzun döyüşə və bütün variantlara hazırıq. Düşmənimiz xəyal qırıqlığı  və utancdan başqa heç nəyə nail olmayacaq.
Əbu Ubeyde deyib: “Əqsa tufanı əməliyyatı İsrail işğalçı qüvvələrinin başlatdığı hücumlara qarşı bir reaksiyadır və müqəddəs dəyərlərimizi müdafiə etməkdir”. 
Fələstinin rəsmi WAFA xəbər agentliyi İsrail donanmasına məxsus hücum katerlərin Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini dənizdən vurduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi oktyabrın 7-dən bu yana 137 mindən çox fələstinlinin Qəzza zolağındakı məktəblərə sığındığını açıqlayıb.
BMT həmçinin İsrailin Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid bir məktəbi "birbaşa" hədəf aldığını açıqlayıb.
Bu arada Qəzza tam  olaraq mühasirə altındadır. Şəhərdə işıq, su və qaz kəsilib.
İsrail-Livan sərhədində də gərginlik yüksək səviyyədədir.
İsrail ordusu Livandan sızan bir çox silahlı şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Fələstin İslami Cihad Hərəkatı dünən Livanın cənubundan İsrailə qarşı həyata keçirilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Hizbullah İsrail tərəfindən öldürülən üzvlərinin sayının 5-ə yüksəldiyini açıqlayıb.
Buna cavab olaraq sərhəddəki İsrail hərbi məntəqəsinin idarə olunan raketlə vurulduğu açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı bölgəyə vacib tibbi ləvazimatların çatdırılması üçün Qəzzaya humanitar dəhlizin açılmasını istəyib.
Rahat şəhərinin meri Ata Əbu Mediqam, HƏMAS tərəfindən bölgəyə çoxlu raketlər atıldığına diqqət çəkib
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr