Avropa İttifaqı nazirləri İsrail-Fələstin üçün Maskata toplandı

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell sosial media hesabında verdiyi açıqlamada deyib ...

2048794
Avropa İttifaqı nazirləri İsrail-Fələstin üçün Maskata toplandı
ab filistin yardim.jpg

 

  Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İsrail-Fələstin gündəmi ilə Omanın paytaxtı Maskatda bir araya gəlib.

  Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell sosial media hesabında verdiyi açıqlamada deyib: “Nazirlərin görüşü Maskatda oldu. Tarixlə bir görüşümüz var: İsrail-Fələstin vəziyyətini sakitləşdirmək üçün güclərimizi birləşdirməli və uzunmüddətli həll yolları üzərində işləməliyik. Biz hər iki regionun firavanlığı və sabitliyi üçün strateji tərəfdaşlığımızı gücləndirməliyik”.

  Aİ mülki müdafiə və humanitar yardım koordinatoru Yanez Lenarcec (Janez Lenarcic) oktyabrın 9-da Fələstinə maliyyə yardımının dayandırılmasına baxmayaraq humanitar yardımlara davam etdirəcəklərini bildirib: “Həmas”ın İsrailə hücumunu qətiyyətlə pisləyirik. Eyni zamanda, Avropa İttifaqı ehtiyacı olan fələstinlilərə humanitar yardımı davam edəcək".

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 7 oktyabrda İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

  Artan gərginliklə əlaqədar hər iki tərəfdən yüzlərlə itki və minlərlə yaralı var.

 



Әlaqәli Xәbәrlәr