İsrail ordusu həlak olan əsgərlərinin sayını açıqlayıb

İsrail ordusu "Həmas"ın şənbə günü başlayan hücumlarında həlak olan əsgərlərinin sayının 73-ə yüksəldiyini açıqlayıb.(YENİLƏNİB)

2048032
İsrail ordusu həlak olan əsgərlərinin sayını açıqlayıb

İsrail ordusu "Həmas"ın şənbə günü başlayan hücumlarında həlak olan əsgərlərinin sayının 73-ə yüksəldiyini açıqlayıb.

Ordunun verdiyi açıqlamada həyatını itirən daha 16 İsrail əsgərinin şəxsiyyət məlumatlarının ailələri və ictimaiyyətlə paylaşıldığı bildirilib.

Qəzzadan başlayan hücumlar nəticəsində yaralanan israillilərin sayı 365-i ağır olmaqla 2315-ə yüksəlib.

İsrail ordusu dünən Qəzzanın şimal-şərqindəki Beyt Hanun qəsəbəsi və ətrafında 120 hədəfi bombaladığını bildirib.

Onlarla ton raket atılaraq həyata keçirilən hücumda "Həmas" hədəflərinin vurulduğu və onların arasında tunelin də olduğu bildirilib.

Ordu sözçüsü İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağından bir neçə kilometr aralıda yerləşən Beeri qəsəbəsində gecə boyu 70-90 silahlı ünsürlə toqquşduğunu və bütün Fələstin silahlı qruplarının buradakı yaşayış məntəqəsinə soxula bilmədiyini və qarşıdurmaların davam etdiyini qeyd edib.

İsrailin İctimai Yayım Şirkəti KAN-ın xəbərinə görə, İsrail ordusu oktyabrın 7-dən etibarən Qəzza zolağından 800-1000 arası fələstinli silahlı ünsürün 80 fərqli nöqtədən İsraildəki 20 yaşayış məntəqəsi və 11 hərbi bazaya daxil olduğunu bildirib.

İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağı ətrafında 7 fərqli nöqtədə fələstinli silahlı qruplarla toqquşduğu qeyd olunub.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 8 oktyabr səhəri İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki var.



Әlaqәli Xәbәrlәr