Ukrayna: ''Rusiya Xarkova ağır zərbələr endirdi''

Rusiyanın Ukraynanın Xarkov vilayətinə təşkil etdiyi raket hücumunda 1 uşaq ölüb, biri körpə olmaqla 23 nəfər yaralanıb.

2047371
Ukrayna: ''Rusiya Xarkova ağır zərbələr endirdi''

Rusiyanın Ukraynanın Xarkov vilayətinə təşkil etdiyi raket hücumunda 1 uşaq ölüb, biri körpə olmaqla 23 nəfər yaralanıb.

Xarkov vilayəti hərbi administrasiyasının rəisi Oleq Sinegubov bildirib ki, Rusiya ordusu gecə saatlarında bölgəyə 2 ədəd “İskəndər” tipli raketlə hücum edib.

Raketin əsas yola düşməsi nəticəsində ətrafdakı evlərin şüşələrinin sındığını bildirən  Sinegubov ikinci raketin 3 mərtəbəli yaşayış evinə düşdüyünü bildirib.

Hücum nəticəsində 10 yaşlı uşağın öldüyünü, bir körpə olmaqla 23 nəfərin yaralandığını qeyd edən Sinequbov hadisə yerində dağıntıların təmizlənməsi işlərinin davam etdiyini qeyd edib.

Sinegubov dünən Rusiyanın Kupyansk rayonunun Qroza kəndindəki mülki obyektə təşkil etdiyi raket hücumu nəticəsində ölənlərin sayının 52-yə yüksəldiyi söyləyib.

Rusiya Müdafiə Nazirliyi də Qara dənizdə Krım yarımadasına irəliləyən Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsini məhv etdiklərini bildirib.

Bu arada İsveçin müdafiə naziri Pal Conson Ukraynaya 2,2 milyard İsveç kronu (199 milyon dollar) dəyərində və daha ağır silahlardan ibarət yeni hərbi yardım paketi göndərəcəklərini açıqlayıb.


Etiketlәr: #hücum , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr