Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb
Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmağa cəhd etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmağa cəhd etdiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada Ukrayna əsgərlərinin gecə saatlarında Krıma daxil olmağa cəhd etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Qara dənizin şimal-qərbindəki Tarxankut burnuna doğru irəliləyən Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz vasitəsi ilə alınıb.
Açıqlamada Ukraynanın gecə saatlarında Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyi, Ukraynaya məxsus 31 təyyarə tipli PUA-nın isə hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyi bildirilib.