Fələstin və İsrail üçün Sülh Günü Səyləri Təşəbbüsü imzalandı

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti ofisindən verilən məlumatda yazılır ...

2039340
Fələstin və İsrail üçün Sülh Günü Səyləri Təşəbbüsü imzalandı

 

  Avropa İttifaqı, Ərəb Liqası, Səudiyyə Ərəbistanı, Misir və İordaniya İsrail və Fələstinin razılığa gəldikləri zaman əldə edəcəyi qazancları maksimuma çatdıraraq sülhü təşviq etmək məqsədi daşıyan “Sülh günü səyi” adlı birgə təşəbbüsə başlayıblar.

  Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti ofisindən verilən məlumatda yazılır: “C.Borel Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan, Misirin xarici işlər naziri Samih Şükri və İordaniyanın xarici işlər naziri ilə birlikdə Əymən əs-Safedi ilə Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası münasibətilə Nyu-Yorkda görüşüblər.

  Yaxın Şərq sülh prosesini aktivləşdirmək üçün tərəflər Fələstin və İsrailin sülh razılaşmasına çatdıqları zaman əldə edəcəkləri qazancları maksimum dərəcədə artırmaq məqsədi daşıyan “Sülh günü səyləri” adlı yeni təşəbbüs imzalayıblar.

  Sülhü təşviq etmək məqsədi daşıyan təklif 1967-ci il sərhədlərində müstəqil və suveren Fələstin dövlətinin qurulacağı iki dövlətli həll yoluna əsaslanır.

  Yeni təşəbbüs çərçivəsində sülh əldə edildikdən sonra “Sülhə dəstək paketi” həyata keçiriləcək. Aİ, Ərəb Liqası, Səudiyyə Ərəbistanı, Misir və İordaniya nümayəndələri dərhal texniki görüşlər keçirərək paketin məzmununu hazırlamağa başlayacaqlar. Bu çərçivədə sülhdən sonrakı potensial regional, siyasi və təhlükəsizlik əməkdaşlıq mexanizmlərinin layihəsini hazırlayacaq Siyasi və Təhlükəsizlik İşçi Qrupu ticarət, investisiya, innovasiya, nəqliyyat infrastrukturu, təbii sərvətlər, iqlim dəyişikliyi və ətraf mühit sahələrində tövsiyələr irəli sürəcək. Əlaqədar İqtisadi və Ətraf Mühit üzrə İşçi Qrupu, Humanitar Ölçü İşçi Qrupu da yaradılıb ki, onlar humanitar və mədəniyyətlərarası məsələlər üzrə əməkdaşlıq təkliflərini hazırlayacaq”.

  Aİ-nin xüsusi nümayəndəsi Cozep Borrell “Sülh günü səyləri” ilə bağlı mətbuata verdiyi açıqlamada bu işçi qruplarının oktyabrda Brüsseldə ilk iclasının olacağını bildirib.

 



Әlaqәli Xәbәrlәr