Liviyada daşqınlarda həyatını itirənlərin sayı altı mini keçib

Liviyanın şərqindəki Derna şəhərində daşqınlar  nəticəsində ölənlərin sayının altı mini keçdiyi, minlərlə insanın itkin düşdüyü bildirilib.

2036758
Liviyada daşqınlarda həyatını itirənlərin sayı altı mini keçib

Liviyanın şərqindəki Derna şəhərində daşqınlar  nəticəsində ölənlərin sayının 6 mini keçdiyi,minlərlə insanın itkin düşdüyü bildirilib.
Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən  "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviyanın rəsmi LANA xəbər agentliyi Derna şəhərində daşqın nəticəsində ölənlərin sayının 6 mini keçdiyi və minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
Liviya Qızıl Aypara Cəmiyyətinin sözçüsü Tevfik Şükri daşqınlar səbəbindən bölgədən köç edən ailələrin sayının 20 min olduğunu təxmin etdiklərini qeyd etdi.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe daşqınlarla əlaqədar  dünən ölkədə 3 günlük matəm elan edib, Liviya Prezident Şurası isə daşqınlardan zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.
Beynəlxalq Qızıl Xaç Komitəsi Liviyada daşqınlarda  itkin düşənlərin sayının 10 minə yüksəldiyini açıqlayıb.


Etiketlәr: #Derna , #daşqınlar , #Liviya

Әlaqәli Xәbәrlәr