Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiyanın Ukraynanın Odessa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücumda 1 nəfər həlak olub, liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə ziyan dəyib.

2033681
Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiyanın Ukraynanın Odessa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücumda 1 nəfər həlak olub, liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə ziyan dəyib.

Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada Rusiyanın bu gün Odessanın İzmail rayonuna PUA-larla hücum etdiyini bildirib.

Hücumda bir kənd təsərrüfatı müəssisəsi işçisinin həyatını itirdiyini qeyd edən Kiper deyib:"Bir neçə yaşayış məntəqəsində dağıntı və yanğın baş verib. Liman və kənd təsərrüfatı infrastrukturu obyektləri, silos, inzibati binalar, kənd təsərrüfatı müəssisələri zərər görüb". 

Kiyev Şəhər Hərbi İdarəsinin prezidenti Sergey Popko da sosial media hesabında Rusiyanın X-101/555/55 tipli qanadlı raketlərlə paytaxt Kiyevə hücum etdiyini açıqlayıb.

Kiyev istiqamətində irəliləyən bütün Rusiya hədəflərinin Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirən Popko can itkisi və dağıntı olmadığını açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, Rusiyanın avqustun 6-na keçən gecə Ukrayna ərazisinə raket və PUA-larla hücum etdiyi bildirilib.

Hücumun  7 ədəd X-101/Х-555/Х-55 tipli qanadlı raket, 1 ədəd İskəndər-M ballistik raketi və 25 ədəd Şahed-136/131 tipli PUA ilə həyata keçirildiyi və Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 7 qanadlı raket, 1 ballistik raket  və 15 PUA daxil olmaqla 23 hava hədəfini məhv etdiyi qeyd edilib.


Etiketlәr: #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr