İsrailin qərarı ilə Qəzzadan İordan çayının qərb sahilinə malların girişi dayandırılacaq

İsrailin qərarı ilə sentyabrın 6-dan Qəzzadan İordan çayının qərb sahilinə malların girişi dayandırılacaq.

2032989
İsrailin qərarı ilə Qəzzadan İordan çayının qərb sahilinə malların girişi dayandırılacaq

İsrailin qərarı ilə sentyabrın 6-dan Qəzzadan İordan çayının qərb sahilinə malların girişi dayandırılacaq.
İsrailin Qəzzadan işğal altındakı İordan çayının qərb sahilinə “partlayıcı maddə qaçaqmalçılığı” səbəbiylə mal girişini dayandırmağa qərar verdiyi bildirilib.
Fələstin Administrasiyasına bağlı Qəzzaya Malların Girişi üzrə Koordinasiya Komitəsindən əldə edilən məlumata görə, İsrail hökuməti sabahdan tutmuş sonrakı xəbərdarlığa qədər Qəzzadan İordan çayının qərb sahilindən Kerm Əbu Səlim sərhəd-keçid məntəqəsi vasitəsilə malların girişini tamamilə dayandırmağa qərar verib. 

Qərarın səbəbi kimi İsrail Qəzzadan İordan çayının qərb sahilinə paltarların içində gizlədilən partlayıcı maddələrin göndərilməsini göstərib.

Digər tərəfdən, İsrail ordusundan verilən yazılı açıqlamada İsrail Müdafiə Nazirliyinin müfəttişlərinin bu gün Qəzzadan Kerm Əbu Səlimə gələn 3 yük maşınına baxış keçirdikləri və orada gizlədilmiş bir neçə kiloqram yüksək keyfiyyətli partlayıcı aşkar etdiyi iddia edilib.

“Partlayıcı materialların terror ünsürlərinə göndərildiyi düşünülür” deyə iddia edilən açıqlamada İsrail Baş Qərargah rəisi Herzi Halevinin müdafiə naziri Yoav Gallant təsdiqi ilə Qəzzadan İsrailə mal göndərilməsinin dayandırılmasına dair göstəriş verdiyi ifadə edilib. 

Qeyd edək ki, Kerm Əbu Səlim Qəzzanın xaricə açılan yeganə ticarət qapısı olma xüsusiyyətinə malikdir.



Әlaqәli Xәbәrlәr