Nigerdə terror aktı nəticəsində 17 əsgər həyatını itirib

Niger Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, naməlum silahlılar Tillaberi bölgəsində hərbi konvoya hücum edib.

2025405
Nigerdə terror aktı nəticəsində 17 əsgər həyatını itirib

Nigerdə törədilən terror aktı nəticəsində 17 əsgər həyatını itirib.
Niger Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, naməlum silahlılar Tillaberi bölgəsində hərbi konvoya hücum edib.
Açıqlamada hücumda 17 əsgərin öldüyü, 20 əsgərin də yaralandığı bildirilib.
Qeyd edək ki, Tillaberi bölgəsi Niger, Mali və Burkina Faso sərhədində yerləşir.
Bu sərhəd xətti vaxtaşırı Əl Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmalarının hücumlarına məruz qalır.


Etiketlәr: #terror aktı , #Niger

Әlaqәli Xәbәrlәr