Hindistanda daşqınlar və torpaq sürüşməsi çox sayda adamın həyatına son qoyub

Hindistanda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox adam həyatını itirib.

2024540
Hindistanda daşqınlar və torpaq sürüşməsi çox sayda adamın həyatına son qoyub

Hindistanda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox adam həyatını itirib.

“The Times of India” qəzetinin yaydığı xəbərdə ölkənin Himaçal Pradeş ştatında leysan yağışları və küləyin davam etdiyi bildirilib.

Himaçal Pradeş ştatının  baş naziri Sukhvinder Singh Sukhu rəsmi ''X'' internet səhifəsində (keçmiş Twitter) etdiyi paylaşımda sutka ərzində ştatda 50-dən çox adamın həyatını itirdiyini, 20-dən çox insanın isə qapalı qaldığını bildirib. O, ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Himaçal-Pradeş ştatının Şimla şəhərindəki Şiv məbədində baş verən torpaq sürüşməsindən sonra bölgədə 14 nəfərin cəsədi tapılıb.

Daxili işlər naziri Amit Şax Milli Fəlakətə Müdaxilə Qüvvələrinin (NDRF) bölgədə axtarış-xilasetmə əməliyyatlarına başladığını bildirib.
Bu barədə yerli NDTV-nin telekanalı məlumat yayıb.

Hindistan Meteorologiya Departamenti (IMD) hər iki ştat üçün "qırmızı'' xəbərdarlıq elan edərək, növbəti 24 saat ərzində Himaçal Pradeş və Uttarxandın müxtəlif bölgələrində güclü yağışların davam edəcəyini proqnozlaşdırıb.



Әlaqәli Xәbәrlәr