Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini bildirib.

2023639
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini bildirib.

Nazirlikdən verilən bəyanatda deyilir: “Bu gecə Kiyev rejiminin Krım yarımadası ərazisindəki obyektlərə 20 PUA ilə hücum cəhdinin qarşısı alınıb”.

Bəyanatda 14 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən, 6 PUA-nın isə elektron döyüş maşını ilə vurulduğu bildirilib.

Bəyanatda həmçinin bu ifadələrə yer verilib:“Qarşısı alınan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb”.

Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

2022-ci ilin 24 fevral tarixində Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.


Etiketlәr: #PUA , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr