Dmitro Kuleba: ''Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin bərpasını təmin edə bilər''

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bəyan edib ki, prezident Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl dəhlizi sazişinin bərpasını təmin edə bilər.

2022933

İtaliyanın “Corierre Della Sera” qəzetinə müsahibə verən Dmitro Kuleba  Qara dəniz taxıl dəhlizi sazişi məsələsini qiymətləndirib.
Jurnalistin "Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin bərpasını təmin edə bilərmi?" sualını cavablandıran nazir Dmitro Kuleba deyib: “Bəli, düşünürəm ki, Prezident Rəcəb Tayyib Ərdoğan bunu təmin edə bilər.  Bu arada biz taxıl və digər məhsulların Qara dənizdən keçmədən ixracı ilə bağlı alternativ marşrutlar yaradırıq''.
2022-ci ilin 24 fevral tarixindən etibarən davam edən Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün 2022-ci ilin 22 iyul tarixində BMT, Rusiya, Türkiye və Ukrayna arasında Qara Dəniz Taxıl Təşəbbüsü sazişi imzalanıb.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov iyulun 17-də müddəti başa çatmış müqavilə ilə bağlı açıqlama verib.
"Taxıl  sazişi faktiki olaraq dayandırılıb. Müvafiq şərtlər yerinə yetirildikdən sonra Rusiya dərhal ''Taxıl sazişi'' ilə bağlı sövdələşməyə qayıdacaq. Sazişin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib",-deyə Dmitri Peskov qeyd edib.

Әlaqәli Xәbәrlәr