Nigeriya Nigerlə bütün sərhədlərini bağlayıb

Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.

2020870
Nigeriya Nigerlə bütün sərhədlərini bağlayıb

Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.
Nigeriya Gömrük Xidmətinin (NCS) Baş Nəzarətçisi vəzifəsini icra edən Bəşir Adevale çevriliş və baş verən hadisələr səbəbiylə Nigeriyanın Niger ilə bütün sərhədlərini bağladığını bildirib.

Adevale qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) növbəti bildirişə qədər yüklərin hərəkətini dayandırmaq göstərişinə uyğun olduğunu söyləyib.

NCS-nin tam uyğunluğu təmin etmək üçün sərhəd icmalarını həssaslaşdıracağını vurğulayan Adevale qərarın iki ölkə arasında sülh və sabitlik adına da qəbul edildiyini bildirib.

Qeyd edək ki, Nigeriya prezidenti və eyni zamanda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) sədri Bola Əhməd Tinubu ECOWAS-ın Nigerlə sərhədlərinin bağlanmasına dair göstəriş verib.

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Prezidentin Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.



Әlaqәli Xәbәrlәr