İsrail əsgərləri fələstinli yeniyetməni öldürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkerm şəhərinə basqın zamanı bir fələstinli yeniyetməni öldürüb.

2020171
İsrail əsgərləri fələstinli yeniyetməni öldürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkerm şəhərinə basqın zamanı bir fələstinli yeniyetməni öldürüb.

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail əsgərlərinin Tulkermdəki düşərgəyə basqın zamanı atəş açması nəticəsində 18 yaşlı Mahmud Əbu Şonun başından yaralandığı bildirilib.

Xəbərdə Əbu Şonun aparıldığı xəstəxanada dünyasını dəyişdiyi qeyd edilib.

Hadisə şahidləri düşərgəyə edilən basqından sonra onlarla fələstinli gənclə İsrail qüvvələri arasında toqquşmaların baş verdiyini, əsgərlərin həqiqi güllələrdən və gözyaşardıcı qazdan istifadə etdiklərini bildiriblər.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edir. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.



Әlaqәli Xәbәrlәr